Prezident yeni İnstitutun AÇILIŞINDA

Prezident yeni İnstitutun AÇILIŞINDA Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı" kompleksinin açılışında iştirak edib.
Dövlət başçısı institutun binasının rəmzi açılışını bildirən lenti kəsib.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.
Sonra Prezident İlham Əliyev aqrar inkişaf könüllüləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər