“Vaynerlər müğənnini haqq-hesaba çəkdi” iddiası – Elvin Abdullayev geri çəkildi? (FOTOLAR, VİDEOLAR)

“Vaynerlər müğənnini haqq-hesaba çəkdi” iddiası – Elvin Abdullayev geri çəkildi? (FOTOLAR, VİDEOLAR) Müğənninin yazdığını silməyə nə məcbur etdi? Vaynerlə arasında nə baş verib?

Ötən həftə müğənni Elvin Abdullayev televiziya kanallarınının fəaliyyəti və gənc vaynerlər barədə sərt mövqeyi ilə gündəmə gəldi.

Minval.info xəbər verir ki, sənətçi sərt şəkildə vaynerlərin efirə çıxmasına, mahnsı oxumasına, filmə çəkilməsinə etiraz edib.

“Nə qədər ki, televiziya kanallarında senzura yoxdur, cəmiyyətə yararsız vaynerciklər efirdə həm mahnı, həm də zövqdən, dəbdən, incəsənətdən danışacaq. Bu o deməkdir ki, Azərbaycan öz musiqisini, incəsənətini itirdi. Başınız sağ olsun! Utanmadan filmlərə çəkilirlər, baş rol alırlar. Həmin filmlərə də baxmışam. Başdan-sona söyüşdür, ancaq tərbiyəsiz qızcığazların çıxışıdır. Bu qədər də olmaz. Tərbiyəsizliyin belə son həddini aşıblar. MTRŞ-dan xahiş edirəm, buna bir son qoysunlar” – Elvin Abdullayev bildirib.

“Vaynerlər müğənnini haqq-hesaba çəkdi” iddiası – Elvin Abdullayev geri çəkildi? (FOTOLAR, VİDEOLAR)


Bu xəbər minval.info-nun “İnstagram” səhifəsində paylaşıldıqdan sonra vayner Mənsur Şərif buna kobud şəkildə reaksiya verib:

“Büzüy admin, mən mahnı oxumuşam, ala?! Götürüb adımdan paylaşım edirsiniz. Qınamıram, əqidəsiz insanlarsınız ki, sizdə ar belə, yoxdur. Sadəcə, ürəyimdən bu keçdi, yazdım. Tullanım sizin səviyyəvizə”.

“Vaynerlər müğənnini haqq-hesaba çəkdi” iddiası – Elvin Abdullayev geri çəkildi? (FOTOLAR, VİDEOLAR)


Qısa müddətdən sonra müğənni Elvin Abdullayev sözügedən postu sosial media hesabından pozub. Bu barədə E.Abdullayevin köməkçisi minval.info-ya açıqlama verib: “Vaynerlərlə Elvin arasında heç bir qalmaqal yaşanmayıb. Bunu bilirəm ki, onun bəyəndiyi və izlədiyi iki nəfər var. Bunlar Əlixan Rəcəbov Taleh Yüzbəyovdur. Qalanlarını görəndə belə acığı gəlir. Paylaşımı isə özü silib, xüsusi səbəbi yoxdur”.

Qeyd edək ki, vaynerlər Sabir Samiroğlu, Rəsul Abbasov yeni trendə qoşularaq “Mash up” janrında klipl ərsəyə gətirib. Bundan əlavə Mənsur Şərif həmkarları ilə birgə çəkildiyi ilk ekran işləri olan “3 badam, 1 qoz” filmində dilə gətirdikləri sözlərə görə tənqid olunublar. O cümlədən vaynerlərin sonuncu “2 Mal” ekran işində də evə çağırdıqları qızlarla aralarındakı intim dialoqu, dilə gətirdikləri üstü örtülü söyüşə işarə etdikləri sözlər tamaşaçılar tərəfindən narazılığa səbəb olub. Onlar vaynerləri sərt şəkildə tənqid ediblər.

Samir Mirzə / Minval.İnfo
Etiraza səbəb olan filmdən bəzi hissələr:









Oxşar xəbərlər