Ronaldonun tələbi qəbul edilmədi

Ronaldonun tələbi qəbul edilmədi Vergidən yayınma ilə bağlı haqqında açılan cinayət işinə görə 22 yanvarda Madrid məhkəməsində hakim qarşısına çıxacaq Kriştiano Ronaldo məhkəməyə xüsusi tələb irəli sürüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Yuventus”un ulduzu məhkəməyə gələrkən media nümayəndələri ilə qarşılaşmamaq üçün məhkəmə binasının avtomobil dayanacağını istifadə etmək istədiyini bildirib.

Lakin, onun tələbi qəbul edilməyib.

Məhkəmə sədri Xuan Pablo Qonsalez Ronaldonun tanınmış biri olmasına baxmayaraq, heç kimə güzəşt edilməyəcəyini açıqlayıb. Onun sözlərinəg görə, Ronaldo polis nəzarətində məhkəmə binasına daxil olacaq.

Qeyd edək ki, Ronaldo ilə yanaşı sabiq futbolçu, hazırda “Real”ın U-14 komandasının məşqçisi olan Xabi Alonso da hakim qarşısına çıxaacaq.

İddianaməyə görə, Ronaldoya 2 il şərti həbs cəzası və 18,8 milyon avro pul cəzası, Alonsoya isə 5 il həbs cəzası ilə yanaşı 4 milyon avro pul cəriməsi verilməsi tələb edilir.

Oxşar xəbərlər