Bakı şəhəri Binəqədi rayonunun 4 bələdiyyəsi ilə əlaqədar məsələ Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Bunu BakuPost-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Deputat qeyd edib ki, söhbət dövlət büdcəsindən bələdiyyələrə ayrılmış 3 milyon manatın taleyindən gedir.