“Beşiktaş” Günəşi istefaya göndərir, onu gətirir

“Beşiktaş” Günəşi istefaya göndərir, onu gətirir Super Liqanın XVII turunun son matçında səfərdə “Kasımpaşa”ya 1:4 hesabı ilə yenilən “Beşiktaş” baş məşqçisi Şenol Günəşlə yollarını ayırır.

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. İddialara görə, İstanbul klubu artıq hazırda Çinin “Quanqzu Everqrande” klubuna başçılıq edən Fabio Kannavaro ilə danışıqlara başlayıb.

Məlumata görə, hətta italiyalı mütəxəssis İstanbula gələrək “Beşiktaş” rəhbərliyi ilə görüşüb. Çin klubu ilə 2022-ci ilədək müqaviləsi ilə olan 45 yaşlı mütəxəssislə anlaşma olmasa, “Beşiktaş” Quti Hernandesi baş məşqçi postuna gətirəcək.

“Kasımpaşa” ilə oyundan sonra istefaya göndəriləcəyi ilə bağlı sualı cavablandıran Şenol Günəş isə bunları deyib: “Çempionatın necə olacağını bilmirəm. Mən işimin başındayam. Fasilədə çıxışımız dəyərləndiriləcək. Bu məsələləri siz (jurnalistlər) daha yaxşı bilərsiniz”.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Napoli”, “Parma”, “İnter”, “Yuventus”, “Real” və “Əl-Əhli” klublarında oynamış Fabio Kannavaro məşqçiliyə Birləşmiş Ərəb Əmirliklərində başlayıb. 2011-ci ildə karyerasını bitirdiyi “Əl-Əhli”də 2013/14 mövsümündə köməkçi-məşqçi işləyən italyan mütəxəssis sonradan Çinin “Quanqzu Everqrande” (iki dəfə), “Tianjin Quanjian” və Səudiyyə Ərəbistanının “Əl-Nassr” klublarına başçılıq edib.

Oxşar xəbərlər