Əkbər Həsənova göstərilən etimadı layiqincə doğruldur - ÖZƏL

Əkbər Həsənova  göstərilən etimadı layiqincə doğruldur - ÖZƏL Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür.

Heydər Əliyev


Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən professor Əkbər Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Əkbər Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Əkbər Həsənovdən danışdılar. Əkbər Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Əkbər Həsənov - 2018-ci ildə Milli Hidrometeorologiya Departamenti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş iş planı və müşahidə plan-proqramlarına uyğun olaraq respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik, radiometeoroloji və aeroloji müşahidələr, dəniz hidrometeoroloji, aviameteoroloji, təbii mühitin çirklənməsi üzrə (atmosfer havası, səth suları, torpaq yağıntı, radiasiya fonu) müşahidələrin fasiləsiz olaraq aparılmasını, hidrometeoroloji şəraitin öyrənilməsini, qısa və uzun müddətli hidrometeoroloji proqnozların, o cümlədən gözlənilən hidrometeoroloji xəbərdarlıqların verilməsini həyata keçirib, dövlət orqanlarına, təşkilatlara və əhaliyə hidrometeoroloji xidmət göstərib. Gündəlik proqnoz və xəbərdarlıqlar vaxtında tərtib olunaraq bülleten formasında çap edilərək əlaqədar təşkilatlara operativ şəkildə təqdim olunub.

Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Milli Hidrometeorologiya Departamenti ( MHD) hesabat dövründə iş planına və müşahidə plan-proqramına uyğun olaraq respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin aparılmasını, hidrometeoroloji şəraitin öyrənilməsini, qısa və uzun müddətli hidrometeoroloji proqnozların, o cümlədən gözlənilən hidrometeoroloji xəbərdarlıqların verilməsini həyata keçirib. Əkbər Həsənovun tapşırığı əsasında Hidrometeoroloji Proqnozlar Bürosu gücləndirilmiş iş rejimində işləyib belə ki, adi günlərdən fərqli olaraq növbətçilik yaradılaraq əlavə olaraq 20 meteoroloji stansiyadan hər 1 saatdan bir havanın parametrləri haqqında məlumatlar alınaraq təhlil edilib. Gündə 2 dəfə sutkalıq proqnoz və xəbərdarlıqlar tərtib edilərək elektron qaydada təşkilatçılara göndərilir. Verilmiş proqnoz və xəbərdarlıqların keyfiyyəti təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.


Əkbər Həsənova  göstərilən etimadı layiqincə doğruldur - ÖZƏLƏkbər Həsənova  göstərilən etimadı layiqincə doğruldur - ÖZƏL

Oxşar xəbərlər