Zakir Hüseynov - Gəncədə təhsil inkişaf edir

Zakir Hüseynov - Gəncədə təhsil inkişaf edir Cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilən təhsil XXI əsrin mühüm reallıqlarını özündə təcəssüm etdirir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatın güclü və vətəndaşların rifah səviyyəsinin yüksək olmasına zəmin yaradır.

Zakir Hüseynov - Gəncədə təhsil inkişaf edir









Ötən tədris ilində də Dövlət Strategiyasında təhsil sisteminin inkişafını şərtləndirən 5 mühüm istiqamət üzrə bir sıra mühüm hədəflərə çatmaq yönündə ciddi addımlar atılıb. Təhsilin əhatəliliyi, bərabər imkanlar, şəffaflıq, səmərəlilik 2018-2019-cu tədris ilinin əsas keyfiyyət göstəriciləridir.
İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi Təhsil Şöbəsi müdiri. Bu şəxs kimidir? Bu şəxs azərbaycanlı Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Zakir müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı rayonda işləməyinə baxmayaraq, həmin rayonun tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

Gəncə şəhər Təhsil Şöbəsinə gəldiyi gündən Zakir Hüseynov vəzifəsini daşıdığı rayon təhsil şöbəsində görülən işlərin siyahısına nəzər salanda isə həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumi təhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bugünümüzün danılmaz həqiqətidir.


Təhsilimizin inkişafında birinci vitse prezident Mehriban xanım Əliyevanın xidmətləri sayəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, digər layihə və proqramlar həyata keçirilmişdir ki, bu da özünü Gəncə şəhərinin təhsil sahəsində də bariz göstərmiş, cəmiyyətdə geniş əks-səda doğurmuşdur.

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.
Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

Təhsil şöbəsinin müdiri Zakir Hüseynov haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

P.S. Jurnalist peşəsinə hörmət edən hər bir şəxs Zakir Hüseynov haqqında yazılan materialları əvvəlcədən araşdırmalı, Zakir müəllimin özü ilə dəqiqləşdirməli və sonra dərc etməlidir.


Zakir Hüseynov - Gəncədə təhsil inkişaf edir

Oxşar xəbərlər