
Oxu.Az xəbər verir ki, bu barədə “Economic Times” yazır.
“Fikrimcə, daha çox yoxsul olanlar daha yaxşı boksçu ola bilər. Ən uğurlu əlcək sahibləri xarabalıqların yetirmələridir. Kasıb boksçular böyük nəticələr əldə edir”, – 52 yaşlı Tayson bildirib.
İdmançı Hindistana qarışıq döyüş növləri (MMA) üzrə “Kumite 1 League” turnirinin açılışına gəlib. Jurnalistlərlə söhbət zamanı Tayson qeyd edib ki, karyerasının əvvəlində seçim imkanı olsaydı, heç vaxt MMA ilə məşğul olmazdı:
“MMA-da böyük pul yoxdur, mən isə həmişə pul ardınca getmişəm”,
Boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub. 1987-1990-cı illərdə Tayson ağır çəki dərəcəsində mütləq dünya çempionu olub.