Bakıda maşın piyadanı vurdu – Hadisə yerindən dəhşətli görüntülər (Video)

Bakıda maşın piyadanı vurdu – Hadisə yerindən dəhşətli görüntülər (Video) Bakıda avtomobil piyadanı vurub.

Hadisə Mərdəkan qəsəbəsi yolu istiqamətində baş verib. Yolu keçməyə çalışan şəxsi maşın vurub və o, həyatını itirib.

Şahidlərin sözlərinə görə, bu yolda daha əvvəl də piyada ölümü ilə nəticələnən qəzalar baş verib, amma bununla bağlı tədbir görülməyib.

Videonu çəkən şəxs deyir ki, hadisəyə səbəb ərazidə piyadalar üçün nəzərdə tutulan keçidin inşa edilməməsidir.

Baş verən hadisəni lentə alan sakin tezliklə sözügedən problemin həll olunmasını istəyir.


Oxşar xəbərlər