
Bu, təhsil naziri Ceyhun Bayramovun “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində qeyd edilib.
Əmrlə rayon (şəhər) təhsil şöbələrinə, ümumi təhsil müəssisələrinə tapşırılıb ki, ümumtəhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işləri vaxtında başa çatdırsınlar, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakını nəzərdə tutsunlar.
Əmrə əsasən, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət Himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilir.