
Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.
Qeyd edək ki, BATE – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.