Çilidə tapılan mumiyanın sirri — Zəhərli paltar

Çilidə tapılan mumiyanın sirri — Zəhərli paltar Çilidə tapılan məşhur iki mumiyanın sirri açılıb.
Qızların paltarına öldürücü zəhər sürtülüb. Ehtimal edilir ki, bu, ya inklərin dini ayini, ya da sərdabəni oğrulardan qorumaq üçün nəzərdə tutulub.

Çilinin Tarapaki universitetinin alimi Bernardo Arriaza məsələ ilə bağlı deyib:

“İnklər yaxşı bilirdilər ki, kinovardan hazırlanan rəng çox zəhərlidir və insan orqanizmi üçün çox təhlükəlidir. Onlar çox vaxt sərdabələri bu rənglə boyayırdılar ki, oğruları qorxutsunlar”.
Cənubi Amerikanın digər hinduları kimi inklər də mumiya hazırlaya bilirdilər. Çili və Peruda Günəşə qurban verilən onlarla uşaq mumiyası aşkar edilib. 1976-cı ildə Serro-Esmeralda dağının zirvəsindəki mağarada iki qız uşağının mumiyası tapıldı. 1999-cu ildə isə arxeoloqlar Lyulyaylyako vulkanının yamacında məşhur “buz şahzadə” mumiyasını tapdılar.

Qalıqların analizi zamanı məlum olub ki, uşaqlar yaxşı qidalanıblar və həyatlarının son ilində müntəzəm olaraq narkotik vasitənin təsirində olublar. Şahzadə mumiyasının analizi zamanı qızın ölümdən əvvəl koki yarpağı çeynədiyi məlum olub. Eyni zamanda məlum olub ki, qızlardan birinin 9, digərinin 20 yaşı var.

Oxşar xəbərlər