Şamaxının baş həkimi işdən getdi — SƏBƏB

Şamaxının baş həkimi işdən getdi — SƏBƏB Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.
Report verdiyi məlumata görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən Şamaxı RMX-nın baş həkimi Elxan Məmmədov vəzifəsindən azad edilib.
E.Məmmədov öz ərizəsi ilə işdən ayrıldığını bildirib:
"8 il idi bu vəzifəni tuturdum. Artıq səhhətimdə yaranan problemlər səbəbi ilə öz ərizəmlə işdən azad olunmuşam".

Qeyd edək ki, Xəstəxanaya yeni baş həkim təytinatı da olub. Xəstəxananın Reanimasiya şöbəsinin reanimatoloqu Səməd Bəşarətdin oğlu Fətəliyev Şamaxı RMX-nın baş həkimi vəzifəsinə təyin edilib.

Oxşar xəbərlər