Məşhur futbolçunun 5 yaşlı oğlu öldü

Məşhur futbolçunun 5 yaşlı oğlu öldü İsp48 yaşlı Kanizares vaxtilə "Real", "Valensiya" və "Selta" kimi klublarda forma geyinib. O, 2008-ci ildə futbolçu karyerasını bitirdikdən sonra televiziyada şərhçi kimi çalışmağa başlamışdı.aniya yığmasının sabiq qapıçısı Santyaqo Kanisaresin 5 yaşlı oğlu dünyasını dəyişib.

Onun Santi adlı övladı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aylardı davam edən müalicə Kanisaresin oğlunun həyatda qalmasına kömək etməyib.

Oğlunun ölüm xəbərini Santyaqo öz sosial şəbəkə hesabından yayıb. Bu xəbərin ardından aralarında "Real", "Barselona" və "Valensiya"nın da yer aldığı bir sıra İspaniya klubları keçmiş futbolçuya başsağlığı mesajı yayıblar.

48 yaşlı Kanizares vaxtilə "Real", "Valensiya" və "Selta" kimi klublarda forma geyinib. O, 2008-ci ildə futbolçu karyerasını bitirdikdən sonra televiziyada şərhçi kimi çalışmağa başlamışdı.

///komanda.az

Oxşar xəbərlər