Prezident: "Azərbaycanda dözümlülük həyat tərzidir"

Prezident: "İşğal faktına baxmayaraq, Azərbaycan uğurla inkşaf edir".
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib. O bildirib ki, Azərbaycan yoxsulluq və işsizliyin aşağı olması baxımından dünyada aparıcı mövqedədir: "Ötən dövr ərzində 3000-dən artıq məktəb, 600-dən artıq xəstəxana tikilib və əsaslı təmir olunub".

İlkin dövrdə əsas diqqətin iqtisadi, siyasi müstəqilliyin təmin olunmasına yönəldiyini söyləyən dövlət başçısı qeyd edib ki, ölkə iqtisadi cəhətdən müstəqil olmasa, siyasi baxımından da müstəqil ola bilməz: "Yürütdüyümüz siyasət Azərbaycan xalqının maraqlarına söykənir. Son 10 ildə Azərbaycan iqtisadiyyatü 3,5 dəfə artıb. Bu, çox yüksək göstəricidir. Davos İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə hesabatına əsasən Azərbaycan 35-ci yerdədir. Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan inklüziv inkişaf seqmentində isə dünyada 3-cü yerdədir".

Prezidentin sözlərinə görə, Azərbaycan adambaşına düşən sərmayələrə görə aparıcı yerdədir: "Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu təşkil edilib. Qısa zamanda bu təsisat mühüm platformaya çevrilərək, qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə imkan yaradır”.

“Məqsədimiz sabitliyin, təhlükəsizliyin xalqlar arasında qarşılıqlı birgə yaşamanın gücləndirilməsinə yönəlib. Azərbaycanda dözümlülük həyat tərzidir”, - dövlət başçısı əlavə edib.

Oxşar xəbərlər