
APA məlumat verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən III Məzun-Karyera Sərgisinin açılışında deyib.
Nazir müavininin sözlərinə görə, fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çoxsaylı aktiv əmək proqramlarını həyata keçirməyə imkan verəcək: “Bunlara özünüməşğulluq proqramları, gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul edilməsi də aiddir. Artıq bizim gənclər sahəsindəki fəaliyyətimizi genişləndirmək üçün bütün maddi-texniki imkanlar var. Yeganə tələb ali təhsil müəssisələrinin, yaxud gənclərin bu kimi proqramlara maraq göstərməsidir”.
M. Kərimli əlavə edib ki, bu il nazirlik tərəfindən ölkənin 9 ali təhsil müəssisəsində məzun-karyera yarmarkası keçirilib. Bu yarmarkalarda tələbələrə 5000-dən çox vakant iş yeri təqdim edilib.