Almaniyada Yeni il ağacı adamların üstünə aşdı

Almaniyada Yeni il ağacı adamların üstünə aşdı Almaniyanın qərbində yerləşən Eşvayler şəhərində yarmarka meydanında ucaldılmış Yeni il ağacı adamların üzərinə yıxılıb.
AZTB.info oxu.az-a istinadən xəbər verir ki, ən azı dörd nəfər xəsarət alıb.
Bildirilir ki, yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 21:00) ağac meydanda quraşdırılmış uşaq karuselinin üstünə aşıb. Lakin uşaqlar arasında xəsarət alan yoxdur. Yaralananların dördü də böyüklərdir.

Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır.

Oxşar xəbərlər