Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi Misirdə noyabrın 24-də məsciddə baş verən terror hücumundan sonra elan olunmuş matəmlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Misirin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, matəm üç gün davam edib.
Cümə namazı zamanı törədilmiş terror hücumu nəticəsində 300-dən çox adam həlak olub.

Xatırladaq ki, Misirdə baş verən terror aktı ilə əlaqədar Türkiyədə də birgünlük matəm elan olunmuşdu. Bu səbəbədən Türkiyənin Bakıdakı səfirliyində də dövlət bayrağı endirilib.

Oxşar xəbərlər