Ağcabədi rayon maliyyə idarəsinin müdiri Raci Səfərov dövlətin maliyyə siyasətinin Ağcabədidə uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirir

Ağcabədi rayon maliyyə idarəsinin müdiri Raci Səfərov dövlətin maliyyə siyasətinin Ağcabədidə  uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirir P.S. Bəzi sayt və qəzet rəhbərlərinə burdan bildiririk ki, Ağcabədi rayon maliyyə idarəsinin müdiri Raci Səfərovun bizim müdafiəsinə ehtiyacı yoxdur.

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Ağcabədililər Raci Səfərovun Ağcabədi Rayon Maliyyə Şöbəsinin müdiri işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Ağcabədinin tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.


Rayon İcra Hakimiyyətinin başçısının rəhbərliyi altında Ağcabədidə sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, elektrik enerjisi, qaz, istilik, su təchizatının yaxşılaşdırılması, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması üzrə nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Rayon İcra Hakimiyyəti Regionun İnkişafı üzrə Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi üçün görülən işləri düzgün istiqamətləndirmək vəzifəsinin öhdəsindən gəlmişdir. Rayon İcra Hakimiyyətinin başçısnın səriştəli rəhbərliyi altında ağcabədililər uğurlarının sırasını artırırlar.

Ölkəmizdə həyata keçirilən antiböhran tədbirləri, qeyri-neft sektorunun, sənaye və sahibkarlığın inkişafı, o cümlədən Ağcabədi rayonunun potensial imkanlarından səmərəli istifadə olunması bunun üçün böyük imkanlar yarandığını nəzərinizə çatdıraq. Dünya iqtisadiyyatında böhran yaşandığı bir zamanda ölkəmizdə sosial-iqtisadi inkişaf davam edir, nəzərdə tutulan layihələr icra olunur. Prezidentin sərəncamı ilə maaşlar, müavinətlər, təqaüdlər artırılıb, aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilib.

Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir. Rayonumuzun dəniz sahili zonasında müasir turizm infrastrukturunun yaradılması üçün dövlət səviyyəsində, xarici şirkətlərin iştirakı ilə artıq yeni layihələrin hazırlanmasına başlanmışdır. Bu layihələrin yaxın dövrdə gerçəkləşməsi bölgəmizin iqtisadi və mədəni həyatında böyük bir yüksəlişə səbəb olacaqdır.

Dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Raci müəllimin rəhbərlik etdiyi Ağcabədi rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Ağcabədi rayon maliyyə idarəsinin müdiri Raci Səfərov dövlətin maliyyə siyasətinin Ağcabədidə uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır.

Oxşar xəbərlər