Maliyyə mütəxəssisi Əlinazim müəllimin rəhbərlik etdiyi rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir

Maliyyə mütəxəssisi Əlinazim müəllimin rəhbərlik etdiyi rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir Cəlilabad Rayon Maliyyə İdarəsinin rəisi Əlinazim Quliyevin barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Əlinazim Quliyev deyil, həm də "Azərbaycan digər rayon maliyyə idarəsi müdirləridə hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Əlinazim Quliyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Hərtərəfli dinamik inkişafın müşahidə olunduğu Cəlilabad rayonunda ötən 2016-2017-ci ildə də uğurlu nəticələr əldə olunmuş, sosial-mədəni, sahəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Əziz Əzizovun rəhbərliyi altında Cəlilabadda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, elektrik enerjisi, qaz, istilik, su təchizatının yaxşılaşdırılması, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması üzrə nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Rayon İcra Hakimiyyəti Regionun İnkişafı üzrə Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi üçün görülən işləri düzgün istiqamətləndirmək vəzifəsinin öhdəsindən gəlmişdir.

Cəlilabad Rayon Maliyyə İdarəsinin rəisi Əlinazim Quliyev dövlətin maliyyə siyasətinin rayonda uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır.

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Əlinazim müəllimin rəhbərlik etdiyi rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Əminliklə qeyd etmək olar ki, hörmətli Əlinazim müəllimin rəhbərlik etdiyi rayon Maliyyə İdarəsi və cəlilabadlılar Azərbaycanda gedən inkişaf proseslərindən yararlanmaqla bərabər, həm də bu tərəqqiyə öz sanballı töhfələrini verirlər. Onlara ölkəmizin çiçəklənməsi, xalqımızın firavanlığa qovuşması yolunda uğurlar arzulayırıq.

Oxşar xəbərlər