Xəzər Qasımov: “Pilot İnşaat” şirkətinin “Premium Residence” Azərbaycanın 1 nömrəsi

Xəzər Qasımov: “Pilot İnşaat” şirkətinin “Premium Residence” Azərbaycanın 1 nömrəsi

Xəzər Qasımov - Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmişdir.

Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.

162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.






*******

“Pilot İnşaat” şirkətinin “Premium Residence” Səməd Vurğunla Sabit Rəhman küçəsinin kəsişməsində çox mərtəbəli yaşayış binası tikir

“Pilot İnşaat” şirkətinin “Premium Residence” yaşayış layihəsini dəyərli müştərilərimizə təqdim edirik. Layihədə keyfiyyət, müasirlik və rahatlıq ayrılmaz vəhdət təşkil edir.

Bu infrastruktur sakinlərimizə qayğıları yaddan çıxarmağa imkan verəcək.

Sizin rahatlığınız üçün yaşayış binasında mütləq yeraltı avtomobil dayanacağı olmalıdır. Siz mənzillərinizi tərk etmədən videonəzarət sistemi ilə avtomobilinizi, körpələrinizin oynadığı uşaq oyun meydançasını görə biləcəksiniz.

Sizin qonaqlarınız da həmçinin diqqətdən kənarda qalmayacaqlar. Belə ki onlar üçün qonaq parkinqi nəzərdə tutulmuşdur.

Kompleksimizin sürətli, ən əsas çox keyfiyyətli və səssiz işləyən “SIGMA” liftləri Sizi lazımi mərtəbəyə çatdıracaqdır. Burada hər bir yerdə kamera quraşdırılıb. Bizim mühafizəçilərin birinci vəzifəsi və məqsədi Sizin ailənizin təhlükəsizliyini qorumaqdır.

Siz bizim üstünlüklərimizi nəzərə alaraq kompleksimizdən rahat ofis də seçə bilərsiniz.

Kompleks 4 girişdən ibarətdir. Bütün girişlərin vestübili və pilləkənlər mərmərlə üzlənəcək.

Girişlərin qapıları kodlaşdırılacaq və domofon sistemi quraşdırılacaq. “Premium Residence”-in tikintisində “Pilot İnşaat” müasir standartlara cavab verən yüksək keyfiyyətli materiallardan istifadə edir. Almaniya istehsalı pəncərələr evinizi külək səsindən qoruyacaq. Siz rahat şəkildə evinizdə sakitlikdən zövq alacaqsınız.

Kompleksimizin üstünlüklərini saymaqla bitməz. Birinci mərtəbədə supermarket fəaliyyət göstərəcək. Buradan siz çox rahat alış-veriş edə bilər və ya evinizdən sifariş verə bilərsiniz. Sizin sifarişlərinizi işçilər vaxtında mənzilinizə təhvil verəcəklər.

“Premium Residence” yaşayış kompleksinin layihəsini həyata keçirərkən müştərilərimizin rahatlığı üçün hər bir xırda məsələni də həll etməyə çalışdıq. Siz bizi seçdiyiniz üçün peşman olmayacaqsınız. Biz Sizin həyat səviyyənizi artırmaq üçün işləyirik.

Sizin rahatlığınız üçün Biz əlimizdən gələn hər bir şeyi edirik. “Premium Residence” yaşayış kompleksinin əsas məqsədlərindən biri də bizim körpələrimizin xoşbəxtliyidir. Kompleksimizin birinci və ikinci mərtəbəsində uşaq bağçası fəaliyyət göstərəcək. Siz səhərlər uzaq yol getmədən övladınızı kompleksimizdəki bağçamıza gətirərək vaxt itirməyəcəksiniz. Bizim bağçamız çox üstünlükləri ilə başqalarından seçiləcək. Bağçamızda təcrübəli müəllimlər uşaqlara ingilis və rus dillərini mükəmməl öyrədəcəklər. Bağçamızda xüsusi təhlükəsizlik qaydalarına riayət olunacaq. Burada hər yerdə kamera quraşdırılacaq ki, Siz hər an evinizdən və ya iş yerinizdən körpənizin necə əyləncəli vaxt keçirməsinin şahidi olasınız.

“Premium Residence” yaşayış kompleksinin həyətində uşaqlar üçün ayrıca yaşıl ərazi nəzərdə tutulub. Bura uşaqlar üçün oyun meydançası, kiçik futbol meydançası, kiçik qum meydançası və s. aiddir.

Biz Sizi əmin edirik ki, övladınız “Premium Residence” yaşayış kompleksində çox xoşbəxt olacaq.

Həyatda ən vacib olan vaxtdır desək yanılmarıq. “Premium Residence” sizin dəyərli vaxtınızı və sağlamlığınızı nəzərə alaraq bir çox yeniliklər edib.

Kompleksimizdə idman zalı, spa mərkəzi, qapalı hovuz və s. bir sıra xidmətlər fəaliyyət göstərəcək. Burada ən son fitnes avadanlıqları Sizlər üçün nəzərdə tutulub. Siz işdən sonra bütün yorğunluğunuzu “Premium Residence”-in spa mərkəzində atacaqsınız.

Kompleksimizin birinci və ikinci mərtəbəsində VIP restoran fəaliyyət göstərəcək. Restoranımız bina sakinlərimiz üçün xüsusi rejimdə işləyəcək. Həmçinin burada qəhvə evi və çay evi də nəzərdə tutulub.

Siz ailənizlə kompleksi tərk etmədən bütün üstünlüklərimizdən faydalana biləcəksiniz. Restoranımız ancaq bina sakinlərinin xüsusi istəklərini nəzərə alaraq işləyəcək. Siz burada yaxınlarınızın ad günü və s. kimi tədbirlərini qeyd edə biləcəksiniz. Kompleksimizdə uşaqlar ayrıca mini kafe olacaq. Uşaqlarınız burada həm yemək yeyə bilər, həm də əyləncəli şoular izləyə bilərlər.

Premium Residence yaşayış komoleksinin tikintisinə 2016-cı ilin sentyabr ayından başlanmışdır. Tikinti işləri qrafikə uyğun yerinə yetirilir və 2018-ci ildə təhvil verilməyi planlaşdırılır.
Xəzər Qasımov: “Pilot İnşaat” şirkətinin “Premium Residence” Azərbaycanın 1 nömrəsi
Xəzər Qasımov: “Pilot İnşaat” şirkətinin “Premium Residence” Azərbaycanın 1 nömrəsi
Xəzər Qasımov: “Pilot İnşaat” şirkətinin “Premium Residence” Azərbaycanın 1 nömrəsi

Oxşar xəbərlər