Məsciddə qadınlarla cinsi əlaqəyə girən mollanı videoya çəkdilər - FOTO

Məsciddə qadınlarla cinsi əlaqəyə girən mollanı videoya çəkdilər - FOTO Türkiyənin Konya şəhərində təqaüdçü bir molla könüllü olaraq müəzzinlik etdiyi məsciddə əxlaqsızlıq edərkən camaat tərəfindən tutulub.

Konyanın Səlcuqlu mahalındakı bir məsciddə uzun illər mollalıq edən Y.Y. təqaüdçü olduqdan sonra könüllü olaraq müəzzinlik vəzifəsinə keçib.

Habertürk xəbər verir ki, biri rəsmi nikahlı olmaqla iki həyat yoldaşı və 6 uşağı olan 60 yaşlı Y.Y.-nin köməyə möhtac qadınlarla pul qarşılığında məscidin içində cinsi əlaqəyə girdiyi deyilir.

Quran kursuna gedən uşaqların dediklərindən sonra vəziyyətdən xəbərdar olan bəzi camaat üzvləri müəzzini qadınları məscidə salarkən mobil telefonlarıyla çəkib müftiliyə veriblər. Müftilik əxlaqsızlıq etdiyi iddia edilən Y.Y.-nin müəzzinlik etməyinə qadağa qoyub.

Məsciddən uzaqlaşdırıldığını qəbul edən Y.Y. isə "Bir şey demək istəmirəm. İşdən çıxmışam, 1 aydır məscidə girmirəm. İndi ümrəyə gedəcəyəm, bunlarla başmı ağrıtmaq istəmirəm deməklə kifayətlənib.

Oxşar xəbərlər