Məleykə Abbaszadə - Mikayıl Cabbarov savaşı yenə alovlandı - Təfsilat

Məleykə Abbaszadə - Mikayıl Cabbarov savaşı yenə alovlandı - Təfsilat “Orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 29-54 faizini mənimsəyir”

Bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12 saylı buraxılışında öz əksini tapıb.

Hesabatda qeyd olunur ki, bu ümumi təhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.

DİM-in jurnalında dərc olunan bu məlumat əslində ittiham xarakterlidir. DİM sədri Məleykə Abbaszadə Təhsil Nazirliyi ilə olan vaxtaşırı müharibəsini yeni fazaya keçirmiş olub.

Misir Mərdanovla da tez-tez toqquşan DİM rəhbəri indi nazir Mikayıl Cabbarovla qarşıdurmadadır. Təhsil Nazirliyi ilə Dövlət Imtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) arasında münasibətlər yenidən pozulub.

Hər iki qurum zaman-zaman üz-üzə gəlsələr də, Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasından sonra onlar arasında qarşıdurma bir qədər səngimişdi. Lakin imkan düşən kimi M.Abbaszadə M.Cabbarovu “iynələyir”.

Bundan əvvəl orta məktəblərdə buraxılış imtahan nəticələrinin açıqlanması və ortaya rüsvayçı faktların çıxması bu iki qurumu yenidən üz-üzə qoymuşdu.

Hətta o səviyyədə ki, artıq Mikayıl Cabbarov açıq şəkildə Dövlət İmtahan Mərkəzindən narazılığını ifadə etmişdi.

Ulus.Az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov vəzifəyə təyin olunduqdan bu günə qədər müəyyən yeniliklər etməyə çalışır.

Lakin təhsil sistemi elə bir sistemdir ki, onun bütün problemlərini bir nəfəri dəyişməklə həll etmək mümkün deyil.

Misir Mərdanov bildirirdi ki, təhsilin keyfiyyətini artırmaq üçün müəllimlərin maaşını 800-1000 manat etmək lazımdır.

Mikayıl Cabbarov nazir postuna gələndən sonra müəllimlərin maaşları deyilən səviyyəyə qaldırılardısa, indi hansısa keyfiyyətdən danışmaq olardı.

Lakin gözləntilər tamamilə əks istiqamətdə inkişaf etdi. Belə ki, qiymətlər bahalaşdı, benzin 70 qəpik oldu. Bütün bunların müqabilində müəllimlərin maaşları seçki qabağı yalnız 10% artırıldı.

Əslində qiymətlərin artması Mikayıl Cabbarovun dövründə vəziyyəti daha da gərginləşdirib. Səbəb isə müəllimlərin sosial problemləri ilə bağlıdır.

Oxşar xəbərlər