Bakıda bina uçur: Sakinlər üçün həyətdə çadır quruldu - FOTO/VİDEO

Bakıda bina uçur: Sakinlər üçün həyətdə çadır quruldu - FOTO/VİDEO Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır.

Cebhe.info xəbər verir ki, “Energetika” pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən boşaldılıb, bina sakinləri təxliyə edilib.

Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlar üçün binanın həyətində 70-yə yaxın çadırlar qurulub.

Çadırlar hər cür şəraitlə təmin edilib, ərazi olaraq FHN əməkdaşlarının nəzarətinə götürülüb.




Oxşar xəbərlər