“Rədd olun, səviyyəsizlər...” - Kamil instaqrama belə qayıtdı

“Rədd olun, səviyyəsizlər...” - Kamil instaqrama belə qayıtdı Tanınmış idmançı Kamil Zeynallının instaqramı hesabı bərpa olunub.

“Qafqazinfo” xəbər verir ki, qalmaqallarından sonra rəsmi profili şikayət edilən və bağlanan idmançı uzun müddət sonra paylaşım edib.

Həmin fotonu 15 mindən çox insan bəyənib, 1300-dən çox şərh yazılıb.

Kamil paylaşımda instaqrama qayıtdığını elan edib:

“Salam, dostlar! Mən yenidən gəldim. Xoş gəldim, səfa gətirdim. Mənim üçün darıxan dostlarıma salam olsun. Nə oldu, mənim səhifəmi bağlamışdılar?!

Bəzi çaqqal-çuqqallar boş-boş danışırdılar. İçi özümüzükülər və qıraqdakılar da sevinirdilər ki, Kamilin səhifəsi bağlanıb. İndi gedin rədd olun, səviyyəsizlər. Sözlərim var e hələ..."


“Rədd olun, səviyyəsizlər...” - Kamil instaqrama belə qayıtdı

Oxşar xəbərlər