Mingəçevir Turizm Kollecinin qazandığı uğurların təməlində dövlətə, dövlətçiliyə və Heydər Əliyev ənənələrinə sədaqət hissi dayanır

Mingəçevir Turizm Kollecinin qazandığı uğurların təməlində dövlətə, dövlətçiliyə və Heydər Əliyev ənənələrinə sədaqət hissi dayanır Kollecdə bütün ixtisaslar üzrə kadr hazırlığı günün tələbləri səviyyəsində həyata keçirilir

Respublikamızın beynəlxalq aləmdə, əsasən, neft-qaz ölkəsi kimi tanınmasına baxmayaraq, ümummulli lider dövlətin daha qüdrətli sabahını qeyri-neft sektorunun inkişafında görürdü. Xüsusilə, turizm sahəsinin inkişafı məsələsi ölkəyə daha böyük perspektivlər vəd edirdi. Bu mənada dövlət başçısıın fərmanı ilə yaradılan Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi qarşııya qoyulmuş yeni və daha böyük hədəflər yolunda əsaslı zəmin kimi tarixləşmişdi. Azərbaycan əsrarəngiz coğrafiyası, zəngin tarixi və mədəni dəyərləri ilə turizm üçün ən cəlbedici məmləkətlər sırasında yer ala və son nəticədə ölkəyə milyardlarla manat gəlir gətirilməsini təmin edə bilərdi. Məhz bu və digər üstünlükləri nəzərə alan ümummilli liderin layiqli siyasi davamçısı Prezident İlham Əliyev siyasi hakimiyyətinin ilk günlərindən etibarən turizm sektorunun inkişafını ölkə ictimaiyyəti üçün prioritet vəzifə elan etdi.

Ölkənin turizmlə bağlı perspektivlərinə böyük ümidlər bəsləyən Prezident İlham Əliyev bu önəmli sahənin inkişafına yalnız bacarıqlı və peşəkar mütəxəssislər sayəsində nail oluna biləcəyini yaxşı bilirdi. Bu səbəbdən də sosial - iqtisadi layihələrin icrası ilə eyni vaxtda, turizm sahəsi üzrə ixtisaslaşmiş iki yeni təhsil müəssisəsinin təsis olunması barədə sərəncam imzaladı. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə Mingəçevir Turizm Kolleci rəsmən fəaliyyətə başlamış oldu. Turizm sahəsi üzrə ixtisaslı pedaqoq mütəxəssislərin barmaqla sayıldğı, gərəkli turizm dərsliklərinin, elmi- metodik vəsaitlərin yox dərəcəsində olduğu bir dönəmdə yeni səlahiyyətlər verilmiş və üzərinə böyük vəzifələr qoyulmuş bir müəssisə, necə deyərlər, “yoxdan var oldu”. Belə bir önəmli vəzifəni və çətin yükü çiyinlərində daşıya biləcək bir kollektivə rəhbər təyin edilən Mingəçevir Turizm Kolleci rəhbəri İqtisad elmləri doktoru, professor Əyyub Əyyubov bu işin ağırlığını və məsuliyyətini yaxşı hiss edirdi.

Mingəçevir Turizm kollecinin qarşısında duran başlıca vəzifə iqtisadiyyatımızın inkişafı üçün ən perspektivli sahə olan turizm sənayesi üçün hərtərəfli bacarıqlı mütəxəssislərin hazırlanmasıdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kollec qısa müddətdə xeyli uğurlar qazana bilmişdir. Artıq kollecin məzunları ölkə turizminin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Kollecin fəaliyyətində ən uğurlu nailiyyətlər sırasında yüksək tədris intizamına nail olunmasını və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurları göstərmək olar.

Ümumiyyətlə, Mingəçevir Turizm Kollecinin qazandığı uğurların təməlində dövlətə, dövlətçiliyə və Heydər Əliyev ənənələrinə sədaqət hissi dayanır. Xüsusilə, Heydər Əliyev ənənələrinə bağlılıq bu böyük və nüfuzlu kollektivi daim uğurdan-uğura aparır. Bu irsin daha dərindən öyrənilməsi və təbliği məqsədilə kollecdə davamlı və məqsədyönlü iş aparılır. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyatı qurumlar kollektivə hərtərəfli dəstək nümayiş etdirirlər. O cümlədən kollektiv Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunur. Bütün bunlar Mingəçevir Turizm Kollecini yeni və daha böyük uğurlara ruhlandırır.

Oxşar xəbərlər