Başçılardan birinin “qara kassa”sı oğurlandı – 80 min manat…

Başçılardan birinin “qara kassa”sı oğurlandı – 80 min manat… Bu günlərdə icra başçılarından birinə məxsus “qara kassa” yoxa çıxıb.
Bizimxeber.az-a daxil olan məlumata görə, icra başçısına məxsus olan “qara kassa”da təxminən 80000 manat pul olub. Bildirilir ki, icra başçısı bu “qara kassa”nı qorumağı özünə olduqca yaxın bildiyi müavininə həvalə edibmiş.

Müavin də icra hakimiyyətində çalışan xanım şöbə müdirlərindən birinə tapşırıb ki, kassanı qorusun. Lakin şöbə müdiri “qara kassa”dakı 80000 manatı mənimsəyib.
Məlumatda qeyd olunur ki, hazırda icra başçısı müvini və şöbə müdirindən 80 min manatı tələb edir. Dəqiq təfərrüatlarla bağlı əlavə məlumat verəcəyik.

Oxşar xəbərlər