“Tarif Şurası ölçü-biçisiz hərəkət etdi” - Xalq artisti

“Tarif Şurası ölçü-biçisiz hərəkət etdi” - Xalq artisti “Özünüz deyirsiz ki, "çətinliklə dolanan"... Təbii ki, bir qədər də çətinləşəcək dolanışıqları. Tarif Şurası ölçü-biçisiz hərəkət edib. Bu məsələni hərtərəfli, məsləhətli etmək, məntiqə uyğun həll etmək gərək idi, yəni maaşların artımı ilə birgə, daha bir ay qabaq yox”.

Bunu Moderator.az-ın “Tarif Şurasının son qərarı zatən çətinliklə dolanan aktyorlara necə təsir edəcək?” sualını cavablandıran Xalq artisti Ağaxan Salmanlı deyib.

Ağaxan Salmanlı qeyd edib ki, aktyorların dolanışığı daha çətinləşsə belə, bunun teatra heç bir mənfi təsiri olmayacaq:

“Teatr məhv olmayacaq. Bizim teatrın ənənəsində fədailik var. Böyük Vətən Müharibəsi zamanı heç kəs teatrı tərk etməyib, yarı maaşa da olsa işləyiblər. Sənət qarından yüksək olub həmişə”.

Xalq artisti onu da bildirib ki, maaşlar azı iki dəfə artırılsa, bu bahalaşmanın qarşısında duruş gətirmək mümkün olar:

“Maaşlar azı, yəni minimum iki dəfə artırılmalıdır ki, bizim sahədə 300 manat orta maaş olsun”.


Zəhra

Oxşar xəbərlər