3 minə yaxın müəllimin maaşı artırıla bilər

3 minə yaxın müəllimin maaşı artırıla bilər Qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması 1,5 dəfə, əməkhaqqı isə 2 dəfə artırılacaq

Bakıda keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirilməsində təxminən 3 minə yaxın müəllim iştirak edəcək.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

İdarə müdiri qeyd edib ki, bu ilin dekabr ayının əvvəlində Bakı şəhərində əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaqlar:

“Təbii ki, bu da müəllimlərin əməkhaqlarının artırılmasına xidmət edir. Ötən illərdə Bakıda işləyən müəllimlərin təxminən 28 mini qiymətləndirmədə iştirak edib. Hazırda qiymətləndirmə üçün təşkilati işlər aparılır”.

Qeyd edək ki, qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması orta hesabla 1,5 dəfə, əməkhaqqı isə 2 dəfə artırılacaq.

Oxşar xəbərlər