Valideyn məktəbə pul verməmək üçün 150 süpürgə göndərdi

Valideyn məktəbə pul verməmək üçün 150 süpürgə göndərdi Bərdədəki məktəblərdən birində bağlı maraqlı məlumat paylaşılıb.

Modern.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, rayonun Hacallı kəndindəki orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyni “süpürgəpulu” tələbinə qarşı original addım atıb.

Belə ki, ata övladının “məktəbdə yenə “süpürgəpulu” istəyirlər” sözlərindən sonra problemi necə deyərlər, kökündən həll etmək qərarına gəlib. Dəfələrlə məktəbə “süpürgəpulu” yollayan ata bu dəfə 150 ədəd süpürgə alaraq, təhsil müəssisəsinə göndərib.

Oxşar xəbərlər