"Böyük şəhərdə seks" yenidən başlayır

Aktrisa Sara Cessika Parker "Rhapsody" jurnalının oktyabr buraxılışının qonağı olub.

Hazırda "Divorce" serialında çəkilən Parker tamaşaçılara şad xəbər verib.

O, bir zamanlar böyük tamaşaçı kütləsi qazanan "Sex and the City" ("Böyük şəhərdə seks") filminin davamının çəkiləcəyini bildirib. Parker özünün də baş rollardan birini canlandırdığı ekran işinin hazırlıqlara başladığını qeyd edib.

Cessika tərəf müqabillərinin də filmdən imtina etməyəcəyinə inandığını vurğulayıb.(axsam.az)

Oxşar xəbərlər