
Türkiyəli professor Nəriman İnanc qan laxtalanması problemi yaşayan xəstələrə gündə bir stəkan üzüm suyu içmələrini tövsiyə edib. Professor üzüm suyunun digər faydaları haqqında da məlumat verib.
- Üzüm və üzüm suyu qan yaradır.
- Antioksidant xüsusiyyətlərə malik olan üzüm dərini yeniləyir.
- Vitamin və mineral baxımından olduqca zəngin olan üzüm suyu ürək xəstəliklərinə qarşı müdafiə təsiri yaradır.
- A, B və C vitaminləri, kalium və dəmir baxımından, olduqca zəngin olan üzüm suyu bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
- Üzüm suyu dəmir və kalium çatışmazlığını aradan qaldırır.
- Üzüm suyunun qan durulaşdırıcı xüsusiyyəti ilə də infarkt riskini azaldır, ürək sağlamlığını qoruyur.
- Üzüm suyunun digər faydalarından biri də tərkibində olan fruktozanın tez ayrılaraq orqanizmə enerji verməsidir.
- Tərkibində olan maddələr sayəsində qanı sulandırır, yüksək təzyiq, ürək xəstəlikləri, varikoz kimi bir çox xəstəlikdən qoruyur.(publika.az)