
Dükanın arxasında isə ət sexinin özü yerləşir. Elə burda təzə at ətini təyinatına uyğun olaraq hissələrə ayırırlar. Bəziləri təzə halda satılır, bəzilərini böyük tikə halında hisə verir, bəzilərindən isə kolbasalar hazırlayırlar. Bütün məhsullar gigienik qaydalara uyğun yerdə saxlanılır və burdan satışa çıxarılır. Ailə biznesi olan “Alfred Bredel” firmasının indiki sahibi Torsten Bredel ən çox satılan məhsuldan, at ətinin fərqindən və daimi müştərilərindən danışdı.
Menyusundə at ətindən xörək olan restoranlardan birinə baş çəkdik. Restoranın həm sahibi, həm də baş aşpazı olan alman menyudakı xörəyi hazırladı və barəsində məlumat verdi.
Qiyməti 14 avro olan bu yeməyi tez həzm olunduğuna görə daha çox yaşlı adamlar sifariş edir. Restoran sahibi deyir ki, 60, 70-ci illərdə at ətindən yeməklər daha populyar olub. İndiki nəsil isə ümumiyyətlə ət yeməklərinə çox maraq göstərmir.