“Makromart” qoçu dəstəsi saxlayır - Şikayət

“Makromart” qoçu dəstəsi saxlayır - Şikayət “Makromart” marketlər şəbəkəsi qoçu dəstəsi saxlayır

Politika.Az-ın verdiyi məlumata görə, Orxan Mirzə adlı müştəri marketin Xırdalandakı filialında təhdidlə üzləşib.

Onun sözlərinə görə, marketin “AAAF” parkdakı filialından alış-veriş edib: “Kassaya yaxınlaşmamışdan qabaq “Cipsim” cipslərinin 75 qram olanlarının ikisinin birlikdə kampaniyada olub 1.50 azn olduğunu gördüm, marağımı çəkdi.

Mən də sırf cips və qiymət düşən hissəsin şəklini çəkdim ki paylaşım. Çünki 150 qramlığını 1,25 azn-ə alıram, hansı məntiqlə 2 ədəd 75 qramlıq 1.50 azn ola bilər ki?

Pulu verib çölə çıxanda arxandan kimsə "Qaqaş olar bir dəqiqə" dedi”.

Müştəri çevrilən kimi "O şəkli niyə çəkmisən?" deyə sual ediblər: “Başa salmağa çalışdım ki sən yox, sizlə müraciət et, qardaş sözünün də əvəzinə müəllim və ya bəy kəlməsini işlədə bilərsiz.

1 idilər, 3 dəqiqə sonra səhv eləmirəmsə 7 ya 8 nəfər oldular ətrafımda. "Gəl gedək qıraqda başa salım səni" , "Burda müştəri var, yaxşı deyil" (mənim də müştəri olduğumu unudublar) və s. təhdidlər, müştəriyə qarşı istifadə olunmayacaq tərzdə "oğru aləmi" söhbətləri başladı”.

O.Mirzə izah etməyə çalışıb ki, şəkil çəkməklə bağlı qadağa işarəsi yoxdu: “Olsa çəkməzdim. Deyir ki, "Gərək olsun?!" Bir də başı qaldırdım ki mağaza işçisi olmayan üzü-başı saqqallı 2-3 nəfər də yaxınlaşdı, təzyiqləri bir az da artırdılar.
Gördüm başa düşən intellekt səviyyəsində deyillər, şəkli silməyə razılıq verdim. Amma dedim müştəriyə münasibətlə bağlı fikrimi paylaşacam”.

Onun dediyinə görə, kKənardan gələn saqqallı gənclər "oğru dünyası" söhbətinə başlayıblar: “Brat, sən razı olarsan kiminsə çörəyinə bais olmağa?", "Brat, biz kişiyik", "Qaqaş, işsiz qalsa xoşuva gələcək?" tipi də duyğusal təhdidlər başladı. Birtəhər yola verib aldıqlarımı götürüb marketdən çıxmışdım ki mühafizəçisi yaxınlaşdı.

"Brat, harda qalansan?", " Əlindəkiləri qoy içəri keçək qıraqda təkbəbət danışaq" və s. kimi suallar və təkliflər başladı. 2 dəqiqə keçməmiş kərkəs sürüsü yenə yığıldı başıma. Dedim söhbət bağlanıb, şəkli silmişəm, uzatmağın nə mənası?

Deyəndən sonra "Get brat, get", "Adım filankəsdi, yazarsan ki filankəs belə dedi mənə" kimi təklifləri də unutmadılar.

Bundan sonra bir az uzaq olsa da, başqa marketdən alış-veriş edəcəm. Ola bilər bu Makromart üçün səhrada qum dənəsidi, amma ən azından istehlakçı mövqeyimi ortaya qoymuş oldum”.

Oxşar xəbərlər