Çavuşoğlu ABŞ-ın Türkiyə hərbi çevrilişindəki rolundan danışdı

Çavuşoğlu ABŞ-ın Türkiyə hərbi çevrilişindəki rolundan danışdı Türkiyə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını təsdiq etməyib.

Anadolu agentliyi verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, bununla belə Ankara bəyan edib ki, hərbi çevrilişə cəhddə günahlandırılan Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiya edilməməsi elə bir fikir formalaşdıra bilər ki, ABŞ hərbi çevrilişə cəhdin arxasında dayanır.

Nazir əlavə edib ki, Türkiyə əvvəl olduğu kimi Fətullah Gülənin ABŞ-dan ekstradisiyasını tələb edir.

Oxşar xəbərlər