Yüzlərlə insan Yerevan küçələrinə çıxdı

Yüzlərlə insan Yerevan küçələrinə çıxdı Yerevanda müxəlifət qüvvələri silahlıların ələ keçirdiyi polis binasının qarşısında etiraz aksiyası keçirirlər

News.am xəbər verir ki, yüzlərlə insan silahlı qrupun qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.

Bildirilir ki, əks təqdirdə müxalifət tək Yerevanda deyil, Ermənistanın digər şəhər və rayonlarında da aksiyalar keçirəcək.

Mitinqdə çıxış edən “İrs” partiyasının nümayəndəsi Armen Martirosyan hökumətdən xalqa qarşı muzdlulardan və texnikadan istifadə etməyəcəyinə söz verməsini tələb edib.

“Təsis Məclisi”nin nümayəndəsi Alek Yeniqomşyan isə bildirib ki, qiyamçılar özlərini qalib hiss edir və bir addım da geri çəkilmək niyyətində deyillər.

O, həmçinin qeyd edib ki, səhər hakimiyyət orqanlarına ultimatum təqdim ediblər və saat 20-də onun müddəti başa çatıb.

Oxşar xəbərlər