Axund: “Görəcəyim iş elektrik enerjisi deyil ki, qiyməti bir qəpik qaldırım”
Adamın ağlına da gəlməz ki, kosmos əsrində insanlar şəhərin mərkəzində özlərinə müvəqqəti arvad almaqla - siğə etməklə məşğul olsunlar. Biz də inanmırdıq, ta ki, bu məlumatı alıncaya qədər... Gedib öz gözümüzlə görmək istədik. Təbii ki, siğə etdirmək üçün. Şəhərin tam mərkəzində yerləşən bir məscidə yan aldıq. Əvvəlcədən hər şeyi planlaşdırmışdıq. Havanın isti olmasına baxmayaraq, yenə də fikrimizdən dönmədik. Məscidin ətrafında 4-5 nəfər əcnəbi dildə danışan turistdən başqa heç kim gözə dəymirdi.
Günəş şüaları gözümə düşdüyü üçün əlimi gözümün üstünə qoyub onları diqqətlə süzdüm. Avropadan gələnlərə oxşayırdı. Onların yanından keçib daxil oldum sakit və kimsəsiz məscidə, Allahın evinə. Bayırın isti olmasına rəğmən içəri sərin idi. Sağda və solda iri nəzir qutuları var idi, lap küncdə bir cavan oğlan dayanıb gözətçilik edirdi, bəlkə kimsə nəzir qutularına göz saldı deyə.
Yaxınlaşıb salam verdim və axundla görüşmək istədiyimi bildirdim. Salamımı almayan gözləri nəzir qutusunda olan qardaş sağ əlinin şəhadət barmağı ilə küncdəki otağı göstərdi. Çaş-baş qalıb bir gözüm qardaşda yönümü küncdəki qapıya tərəf döndərdim.
Qapının arası açıq idi. Stolun üstündə körpə quzu dərisindən hazırlanmış bir papaq var idi. Sükutu pozub, qapını ehmalca taqqıldatdım. Dərhal üzünü görmədiyim otaqdakı adam papağı götürüb başına keçirdi və buyurun, dedi. Qapını açıb içəri daxil oldum. Özümü bir anlıq hansısa rayonun icra nümayəndəsinin qəbulundakı kimi hiss etdim. İçəridə masa “T” hərfinə bənzər şəkildə quraşdırılmışdı. Baş hissədə axund, “T” hərfinin sağ qanadı altında isə axundun birinci köməkçisi yer almışdı. Müsəlman adət-ənənəsi ilə axundun və onun köməkçisinin əlini iki əlli sıxıb masaya əyləşdik.
Düzü istəmirdim ki, köməkçi də orda olsun. Çünki edəcəyim söhbətin köməkçinin eşitməsini istəmirdim.
- Mən əslində, bir az utanıram deyəm. Sizə bir sirr açmağa gəlmişəm. Bunu eşidən axund yerində qurcuxdu.
- Bir qadınla ünsiyyət qururam. O da dindar biridir. İstəyirik yaxınlıq edək. Axund ağ saqqalını ovucunda sıxıb dartaraq sözümü kəsdi:
- Zabil, ordan kitabımı mənə gətir. Mən təxminən başa düşdüm, qardaşoğlu. Qız evlidir, yoxsa subay?- deyə, mənə bir sınaq sualı ünvanladı.
- Axund dayı, yoldaşı təxminən il yarımdır qəzada dünyasını dəyişib, Allah rəhmət eləsin. Xanım duldu.
- Özü razıdır yəqin ki, neçə yaşı var?
- Elə onun təkidi ilə gəldim ki, qayda-qanunu siz izah edəsiniz. Bir illik razılaşaq.
Düzü dialoqda heç “siğə” sözünü işlətməsək də, ikimiz də söhbətin nədən getdiyini anlayırdıq. Axund qapıya yaxınlaşan addım səslərini dinşəyib susdu, elə bu məqam köməkçisi Zabil qapıdan girib kitabı axunda verdi. Özü isə yaxşı ki, otağı tərk elədi. Bəlkə də üz mimikası ilə Zabili neytrallaşdırmışdı ki, otaqdan çıxsın, mən başa düşməmişdim.
* * *
Kitab “Qurani-Kərim” deyildi. Ərəb dilində yazılmışdı. Sağa-sola vərəqləyib, üzümə baxdı:
- Görürəm özün də dindar oğlansan, saqqalından üzündəki nuru hiss etmək olur. Sən sabah qızı da götür gəl, üz-üzə danışaq.
- Axund dayı, vallah soraqlaşıb tapmışam sizi, necə deyərlər sizi deyib gəlmişəm. Siz qaydaları mənə deyin, mən sabah qızı da götürüm, hansı sənədlər lazımdırsa, onu da gətirim, yoluna qoyaq işi.
- Gəl belə danışaq. Sən “siğə” etdirmək istəyirsən bilirəm. Amma bu bir az qəliz məsələdir. Çünki bunun savab-günahı var. Gərək qız öz dili ilə razılıq verə, sizin aranızdakı münasibəti mənə etiraf edə. Yəni mən bilməliyəm ki, sizin aranızda hansı münasibətlər var. İntim münasibətləriniz varmı? Deyirsən yoldaşı rəhmətə gedib. Uşağı varmı, əri ilə arasında hansı münasibətlər olub, bunları bilməliyəm. Sizin bir yerdə olmaq səbəbinizi bilməliyəm. Düzü, axundun bu sözlərindən sonra özümü gülməkdən güclə saxladım. Elə bil rəhmətliyin nəvəsi mənim həyat hekayəmi eşitmək üçün məni tilova salır.
Əlimi saqqalıma çəkib gülüşü boğdum:
- Axund dayı, yoldaşı qəzada dünyasını dəyişib. Uşağı yoxdu. Düzü, bir az problemləri var imiş, orqanizmləri sağlam deyilmiş deyə müalicə olunurmuşlar. Oğlan da qəzada dünyasını dəyişəndən sonra qadın övlad dünyaya gətirməyib. Bizim birlikdə olmaq məqsədimiz də, siğə etməkdə məqsədim onunla əlaqədə olmaqdır.
- Aydındır, aydındır, qardaşoğlu, başa düşdüm.
* * *
Axund kitabın vərəqin barmağının arasında sağa-sola çevirib fikirləşdi: Bəs onun yoldaşının ölüm kağızı varmı əlinizdə?
- Əlbəttə, ölüm kağızı da var. Siz bu işi nə vaxt yoluna qoya bilərsiniz? Bir də müddəti siz necə təyin edirsiniz? Biz bir illik istəyirik.
- Hə, yoluna qoyarıq. Belə işlər adətən cümə günü edilir. Bilirsən yəqin cümə gününün mənasını. Özün də dindar oğlana oxşayırsan, ölüm kağızını gətir, qızın özünü də gətir. Qızın özü ilə də mən təklikdə danışmalıyam. O müddət məsələsini də qeyd edəcəm siğə kağızında. Orda yazılacaq istədiyiniz müddət. Yalnız siz həmin müddət ərzində birlikdə ola bilərsiniz. O müddət bitəndən bir gün sonra onunla birlikdə ola bilməyəcəksiniz. O zaman siz naməhrəm olacaqsınız o xanım üçün.
- Axund dayı, düzü utanıram sizinlə pul söhbəti eləməkdən, amma bunun nə qədər xərci var, bu neçəyə başa gələcək?
- Bunun üçün sənə konkret qiymət deyə bilmirəm. Görürəm, maşallah, sifətində nur var. Görəcəyim iş nə elektrik enerjisi deyil ki, qiyməti bir qəpik qaldırım, nə su deyil ki, qiymətin qaldırım. Qələmi götürüb vərəqə yazacam, bir də duasını oxuyacam. İşləyirsənsə, gəlirin yaxşıdırsa verərsən, olmazsa da vermə. Amma indiyə qədər müraciət edənlər 15-20 manat verirlər. Varındırsa 20 verərsən. Yoxundursa da, qalsın.
* * *
Yumor hissimi cilovlayıb ciddi-ciddi axunda tərəf baxdim.
- Axund dayı sabah gəlsək, sabah bizim “fərmanı” versəniz elə həmin andan qüvvəyə minəcək, yoxsa bir neçə gündən sonra? Axund da maşallah yaman yumor hiss varmış. Elə bil gülməyə hazırlaşırmış kimi güldü.
- Yox, qardaşoğlu, bizim nə həddimizə fərman yazaq. Fərman yazanlar burdan düz gedirsən, qabaqdan sağa dönürsən orda oturublar. Biz xalqa, Allah bəndələrinə xidmət edirik. O ki qaldı qüvvəyə minməsinə, yazandan sonra rahat evinizə gedə bilərsiniz birlikdə. Amma bir az vaxt çəkəcək bu işlər. Cümə günü gəlin inşallah, Allahın izni ilə sənədləri də gətirin yoluna qoyaq.
- Bəs yəqin ki, bizə “qəbz” (çek) də verəcəksiniz? Yəni ki, hardasa problem olsa göstərməyə?
- Yox, ay qardaş oğlu, bura sənin üçün poçt deyil qəbz verək. Bura Allahın evidir (Qəzəbli şəkildə). Qanun var, qayda var, kitab var. O kağız, o sənəd bizdə qalmalıdır. Kimsə nəsə deyərsə o zaman deyin ki, biz Allahın izni ilə birlikdəyik. Əgər kimsə maraqlı olsa gətirin bura. Mən burda, siz burda, sənəd də burda. Biz o kağızı heç kimə vermirik, verə bilmərik. Mən də bayaqdan elə bilirəm dindar oğlansan. Heç sən demə dindən xəbərin yox imiş.
* * *
Axundu bir az sakitləşdirib, söhbəti uzatmaq istədim.
-Yox dayı, dindən məlumatım var, amma birinci dəfədir siğə edirəm. Hər gün siğə etmirəm ki, proseduru, qaydaları bilim. Birinci dəfədir, gəlmişəm sizdən öyrənim. Hər halda siz bu işin içindəsiniz. Axund dayı əlini mənə uzadıb hövlnak dialoqu bitirmək üçün tələsdi sanki. Sağollaşıb axund dayının əlini sıxdım.
- Sağ olun axund dayı, inşallah cümə günü qızı da gətirərəm görüşərik. Nə əcəbsə az öncə əsəbləşən adam bir an içində gülümsəyib mənimlə mehriban sağollaşdı. Bayıra çıxar-çıxmaz diktofonu söndürüb kölgəliyə çəkildim. Axundun sözləri yadıma düşdükcə, yolun kənarında gülməyə başladım. Yəqin ki, Allah bunu günaha yazmaz... (cebhe.info)