Zaman-zaman mətbuatda bu barədə məlumat getməsinə baxmayaraq heç nə dəyişməyib Bakıda aşkar şəkildə gəncləri zəhərləyirlər
Oxucular tərəfindən ünvanlanmış bu səpkili müraciətlər oxuyacağınız reportajın ərsəyə gəlməsinə səbəb oldu. Şikayətçi Anaxanım Orucova (şərti ad, soyad) Bakının "Şamaxinka" adlanan ərazisində apteklərdən birində uyuşdurucu tərkibli, satışı qadağan olunmuş dərman preparatının satıldığını iddia edir. Qadın oğlunun hər gün borc-xərc edib sözügedən ünvana gedərək həmin uyuşduruculardan alıb qəbul etdiyini və hər gecə evdə "qan su yerinə axdığını" bildirir. Aludəçi gəncin valideyni övladının vaxtı ilə tanınmış zərgər olduğunu və bu yola qurşandıqdan sonra bütün var-dövlətinin əlindən çıxdığını qeyd etdi.
Ananın söylədiyinə görə, oğlunun ailəsi də bu "zibil" üzündən dağıldı: "İndi kirayədə qalırıq. Bir oğlumdur, bir də mən. İşləmir! Çörək pulunu güclə tapdığımız halda o, hər gün bu "zibil"ə borc-xərclə pul tökür". Şəhərin marketlərinin birində süpürgəçilik etdiyini deyən qadın oğlunun şalvarının cibindən çıxan sözügedən uyuşdurucunun fotosunu bizə göndərdi. Müraciətdə göstərilən həmin ünvana - Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 11 A ünvanına yollanırıq (3-cü mikrorayon dairəsinin yaxınlığı). Öncə deyilən ünvanda yerəşən "Optika" adlı apteki bir qədər kənardan müşahidə etmək qərarı veririk. Obyektin jalüzü yarıya qədər endirilib və girişində apteklərə xas olmayan izdiham yaşanır. Adətən belə növbə çox az hallarda paytaxtda pulsuz keçirilən satış kampaniyalarında müşahidə edilir. Aptek ola və belə sıxlıq ola, təkcə bu məqam işin içində əmma olduğunu anlamağa kifayət edir. Kənardan qısa müşahidəmizdən sonra aptekə daxil oluruq. Müştərilərin əksəriyyəti gənclərdir. Aralarında orta yaşlı şəxslərə də rast gəlmək olurdu.
Aptekdəki mənzərə detektiv filmlərindəki səhnələri xatırladır.
Sadəcə, bu dəfə belə səhnələri ekran arxasından yox, real həyatda izləyirsən, özün də iştirakçısına çevrilirsən. Ətrafı diqqətlə süzərək üzərində dayanan baxışlar, növbəyə duran müştərilərin pıçıltılı danışıqları, ürkək davranışları səni də ehtiyatlı olmağa sövq edir. Əlbəttə, ifşa olunmaq qorxusu da hakim kəsilir qəlbinə. Bu səbəbdən də naşı olmadığını nümayiş etdirmək üçün digərləri kimi davranmaq məcburiyyətindəsən. Alıcıların satıcı xanımlarla (aptekdə iki xanım satıcı xidmət göstərir) ünsiyyətindən məlum olur ki, gələnlərin əksəriyyəti təkrar müştərilərdir. Dialoq zamanı tələb olunan "Contramal" preparatının adı çəkilmir, sadəcə ünsiyyət zamanı "5 dənə ver", "13 dənə ver", "30 dənə ver" kimi ifadələrdən istifadə edilir. Müştərilərlə çox yaxşı anlaşan satıcı isə hallanmaq istəyənləri "uçurmağa" tələsir, sanki. Ağızdan çıxan rəqəmə uyğun olaraq çevik hərəkətlə masanın altından "Contramal" tabletlərini uzatmaqla.
Dialoq təxminən bu formada qurulur:
- Neçə dənə alırsan?
- 18 dənə.
- Birdən-birə o qədər?
- Tək deyiləm.
Başqa bir dialoq, 22-23 yaşlı gənclə satıcı arasında:
- Mənə kapsulundan ver.
- O birini bəyənmədin?
- Bunu da yoxlamaq istəyirəm.
Qısacası, dövriyyəsi qadağan edilmiş "Contramal" və yalnız həkim resepti ilə verilməli olan "Tramadol"u adını qeyd etdiyimiz ünvandan çox asanlıqla əldə etmək mümkündür. Arayış: "Tramadol" psixotrop dərmandır. "Tramadol" tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. "Tramadol" dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. "Tramadol" güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.
Tibb eləmləri doktoru, professor Adil Qeybulla deyir ki, adları çəkilən preparatların açıq şəkildə satışı neqativ nəticələrə səbəb ola bilər. Çünki asılılıq yaradan bu ağrıkəsicilərin orqanizmə ciddi təsirləri mövcuddur. Onun sözlərinə görə, xarici dövlətlərdən bir çoxunda - Almaniyada, Böyük Britaniyada ağrıkəsicilər (qeyri-esteroid ağrıkəsicilər) marketlərdə satılır. "Amma qalan bütün dərmanlar həkim "resept"i ilə apteklərdə satılır. Söhbət təkcə uyuşduruculardan getmir. Elə qan təziqi qaldıran, endirən bu tip dərmanlar da yalnız həkim resepti ilə buraxılmalıdır. Sərbəst gedib kiminsə sözü ilə alıb istifadə etmək düzgün deyil. O ki qaldı psixotrop maddələrə, narkotik maddələrə, onlar tibbdə istifadə olunur.
Sadəcə olaraq, onların narkomanlar tərəfindən istifadə olunması üçün uçotda, qeydiyyatda olmalıdırlar. Yəni həkim resepti qeydiyyata alınır və həmin ampula geri qaytarılır. Bu dəqiqə narkotik analgetiklərdən istifadə edən yoxdur. Bu dəqiqə elə narkotik vasitələr var ki, onlar unudulub gedib. Lakin həkim resepti əsasında, nəzarət altında onlardan istifadə mümkündür. O ki qaldı "Tramadol"a, həkim resepti əsasında apteklərdə o dərmanın buraxılışı mümkündür. "Contramal" da "Tramadol" kimi eyni tərkibə sahibdir".
Məsələ ilə bağlı Respublika Narkoloji Mərkəzinin mövqeyini də öyrəndik. Mərkəzin direktor müavini Aytən Səmədova bildirdi ki, "Tramadol"un ancaq 50 mg-na icazə verilib, o da yalnız həkim resepti ilə. "Contramal"ın isə dövriyyəsi qadağan edilib. Onun sözlərinə görə, bu preparatların açıq satışda olması ilə bağlı məlumatları yoxdur. Apteklərdə monitorinqlər Nazirliyin Analitik Ekspertiza şöbəsi tərəfindən aparılır. Əgər belə hallar aşkarlanırsa, onlar hüquq mühafizə orqanlarına məlumat verirlər. Məsələ burasındadır ki, dəfələrlə sözügedən ünvanda adlarıçəkilən dərmanların açıq satışının həyata keçirilməsi ilə bağlı məlumat verilsə də, görünən odur ki, heç bir tədbir görülməyib.
Səhiyyə Nazirliyi də, hüquq mühafizə orqanları da birmənalı olaraq məsələdən agahdırlar. Heç bir tədbirin görülməməsi isə bu ağrıkəsicilərin satışının yüksək səviyyədə himayə olunması ehtimalı yaradır. Nəticədə isə kimlərinsə cibləri dolur, gənclərin isə ömürləri kəsilir. //Criminal.az