Bakıda polis avtomobillə qadını vurdu

Bakıda polis avtomobillə qadını vurdu Abdullayeva xəsarət alıb

Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl Sabunçu qəsəbəsi, şəhər şossesində qeydə alınıb. Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Altay Ələmdar oğlu Mahmudov idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 170 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1974-cü il təvəllüdlü İradə Məhərrəm qızı Abdullayevanı vurub.

İ. Abdullayeva əlindən yüngül xəsarət alıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər