Səhmdarların sonuncu ümumi yığıncağında qərar verilib ki, «Bakı Univermağı»nın daşınmaz əmlakı səhm payına uyğun nisbətdə bölünəcək. Bunu ədalətli yanaşma sayan səhmdar Ramiz Əliyevin bir gileyi də var. O, Bakının mərkəzində, Hökumət Evi ilə üzbəüz yerləşən yaşayış binasının ilk iki mərtəbəsini tutan ticarət obyektinin səhmdar cəmiyyəti kimi fəaliyyətini dayandırmasından xoşhal deyil: «Uzun illər idi ki, univermağın qazancından xeyir görmürdük, amma ötən il, nəhayət, hər səhmə görə 2 manat divident aldıq. İndi isə belə çıxır ki, əmlakın 96 faizi əsas səhm sahibinin mülkiyyətinə keçəcək və qalan səhm sahibləri az bir sahəni idarə edəcəklər».
YA ƏMLAK PAYINA YİYƏLƏN, YA DA HƏR SƏHMƏ 50 MANAT AL
Səhmdar Vəzir Rəcəbov da bölgüdən razıdır. Ona univermağın 22 kvadratmetr sahəsi düşür. Düşünür ki, onun kimi 20-30 kvadratlıq sahəsi olan payçılarla birləşib, şərikli obyekt yarada bilər.
Səhmdarların sözlərinə görə, mülk bölgüsündə 80-dən çox kiçik səhm sahibinin alternativ imkanı da var: Hər səhmə 50 manat almaq! Bu, səhmə 17 il öncə qoyulan qiymətdən 25 dəfə bahadır.
Bakı Univermağının ümumi sahəsi 3 min 800 kvadratmetrdir. Müstəqil qiymətləndirici buraya 18.5 milyon manat qiymət qoyub. Hazırda əmlakın əsas hissəsi «İtalDizayn» şirkətinin icarəsindədir.
İNDİYƏDƏK OLMAMIŞDI
Mülki Məcəllədə səhmdar cəmiyyətinin ləğvi zamanı səhmdarlara əmlak payının təqdim edilməsi haqda təminat verilsə də, bu hüquqdan yalnız nəzarət zərfini əlində saxlayanlar yararlana biliblər. Bir qayda olaraq, kiçik səhm sahiblərinin əmlak hüququ tanınmayıb və onlara, sadəcə, pul ödənilib.