Tel-Əviv vətəndaşlarına Bakıya səfər etməyi tövsiyə etmir
İsrailin terrorla mübarizə qərargahı çoxlu sayda vətəndaşının ölkə xaricinə getdiyi Pesax bayramı ərəfəsində yeni xəbərdarlıq yayıb.
Saytda dərc edilmiş siyahıya əsasən, səfər üçün ən təhlükəli yerlər Türkiyə, Pakistan və bir neçə Afrika ölkələridir.
Bununla yanaşı, siyahıda hələ də Azərbaycan var. İsrailin terrorla mübarizə qərargahı vətəndaşlara xüsusi ehtiyac olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib.
Eyni zamanda, qərargahın xəbərdarlığında qeyd edilib ki, hara getməkdən, harada olmaqda asılı olmayaraq, hətta Qərbi Avropada belə diqqətli olmaq lazımdır. Terrorla mübarizə qərargahı israilli vətəndaşlara ən təhlükəsiz saydıqları məkanlarda belə sıx insan kütləsinin olduğu və terror aktlarının törədilməsinin mümkün olduğu yerlərdən, o cümlədən stadionlardan, dəmir yolu stansiyalarından, alış-veriş mərkəzlərindən və s. uzaq olmağı tövsiyə edib.