Dünyanın bir çox ölkələrinin nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqə saxlayan Bakı Slavyan Universiteti öz əhatə dairəsini getdikcə genişləndirir
Azərbaycan Respublikasının Prezidenti H.Ə. Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına APRDƏİ-nin bazasında yaradılmış Bakı Slavyan Universiteti qabaqcıl dövlət təhsil müəssisələrindəndir. 2000-ci il respublikanın ictimai həyatında əlamətdar hadisə ilə yadda qalmışdır: Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında öz istiqaməti üzrə unikal bir tədris ocağı kimi tanınan və bütün Şərq bölgəsində nadir ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən ali məktəb - Bakı Slavyan Universiteti yaradılmışdır.
Ölkə başçısının 17 mart 2014-cü il tarixli sərəncamı ilə Asif Abbas oğlu Hacıyev Bakı Slavyan Universitetinin rektorudur. Asif Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində anadan olub.
Asif Hacılı ədəbiyyat nəzəriyyəsi, türk folklorunun poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiya və folklorşünaslıq üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir. Elmi yaradıcılığında Borçalı və Axısqa türklərinin folklorunun toplanması, tədqiqi və nəşri xüsusi yer tutur. Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə Borçalı İctimai Cəmiyyətinin Fəxri diplomu ilə təltif olunub. Əsərləri Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan və b. yerlərdə çap edilib. 200-ə qədər elmi əsərin, o cümlədən monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir. 50-dən çox monoqrafiya, elmi məcmuə, dərslik və s. elmi redaktoru, məsləhətçisi, rəyçisidir. 30-a qədər dissertasiya işinə opponentlik edib, bir-neçə doktorantın elmi rəhbəridir. Orta məktəblər və universitetlər üçün bir sıra proqram və dərsliklərin müəllifidir. Təlim rus dilində olan ümumtəhsil məktəbləri ücün "Ədəbiyyat" fənni üzrə kurrikulumun hazırlanması üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçi qrupunun sədri, həmin məktəblərin 5-11-ci sinifləri üçün "Ədəbiyyat" fənni üzrə proqram və dərsliklərin hazırlanması üzrə Təhsil Nazirliyi müəlliflər qrupunun rəhbəri və dərsliklər kompleksinin elmi redaktorudur.
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Bakı Slavyan Universitetində 34 kafedra tədris və elmi-tədqiqat işi aparır. Universitetin professor-müəllim heyətinə 50-yə qədər elmlər doktoru, professor, 200 fəlsəfə doktoru, dosent və 200-dən yuxarı baş müəllim və müəllim daxildir. Bakı Slavyan Universiteti təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. Burada slavyan dilləri və ədəbiyyatları üzrə tədqiqatlar həyata keçirilir, təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün unikal sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır.
Asif Hacılı - Xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar, sadəcə - dünyasını dəyişdi - deyirlər. Həm də bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Yəni belə insanlar bizi tərk etdiyi anda, başqa bir formada mənəvi cəhətdən hər zaman bizimlədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiyyətə qovuşdu.
Azərbaycan xalqı, onun ayrı-ayrı nümayəndələri Heydər Əliyevi haqlı olaraq, xilaskar adlandırırlar. Əlbəttə, ona görə haqlı deyirik ki, təkcə elə ötən əsrin 80-90-cı illərində xalqımızın məruz qaldığı xarici irtica və daxili destabillik faktoru necə böyük bəlalardan xilas olduğumuzdan xəbər verir. Bu xilasın başlıca səbəbi isə Heydər Əliyevin daim öz xalqı ilə birlikdə olması idi. 1994-cü ilin “məşhur” oktyabr hadisələri zamanı ulu öndərin “...İndi bizim hamımız üçün çox həlledici məqamdır, həlledici dəqiqədir. Kim Azərbaycana doğrudan ürək yandırırsa, bu həlledici dəqiqələrdə bizimlə olmalıdır. Sizinlə görüşmək istəyirəm, sizdən kömək gözləyirəm” sözləri ilə ifadə olunan xalqa müraciətindən bir saat keçməmiş, Prezident Sarayının qarşısındakı meydanda yüz minlərlə insan dənizi kükrəyirdi. Heydər Əliyev-Xalq, Xalq-Heydər Əliyev birliyinin qüdrəti və qüvvəsi bircə bu faktla isbat edilir. Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, bütün bunlar elm adamlarının daha da fəallaşmasını, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərilməsini tələb edir. Məlumdur ki, ən əhəmiyyətli nəticə nəzəri və praktiki biliklərin birləşməsindən əldə edilir. Başqa sözlə desək, praktiki əhəmiyyəti olmayan nəzəri düşüncələr bazar iqtisadiyyatının hökmran olduğu müasir dövrümüzdə tədricən sıradan çıxır. Bu baxımdan da, elm adamlarının praktiki cəhətdən əhəmiyyətli olan təklif və tövsiyələrlə çıxış etməsi ölkənin davamlı sosial-iqtisadi inkişafının başlıca amillərindən biri kimi qəbul edilməlidir. Yalnız bu halda əldə edilmiş dinamik inkişafı davamlı inkişafa çevirmək mümkündür.