Məhəllədə bayram tonqalı yandırılıb
Martın 18-də paytaxtın Badamdar qəsəbəsində yeni məhəllənin açılış mərasimi keçirilib.
Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qəsəbə ərazisində Tofiq Məmmədov, Göyüş Qarayev və Seymur Məmmədov küçələrinin arasında yerləşən 2000 nəfərə yaxın sakinin yaşadığı 6 çoxmənzilli yaşayış binalacının əhatə etdiyi məhəllədə əsaslı təmir işləri çatdırılıb.
Səbail Rayon İcarı Hakimiyyətinin başçısı Eldar Əzizovun da iştirak etdiyi açılış mərasimində qeyd olunub ki, məhəllədə əsaslı təmizlik işləri aparılıb, zəbt olunaraq hasarlanmış bağ sahələri, qanunsuz qaraj və digər tikililər sökülüb, yeni asfalt örtüyü çəkilib.
Diqqəti cəlb edən yeniliklərdən biri də məhəllədə böyük şahmat lövhəsinin quraşdırılması olub.
Açılış mərasimində qeyd olunan daha bir yenilik isə burada ölkənin ən böyük paxlavasının təqdim olunmasıdır. Qəsəbədə fəaliyyət göstərən şirkətlərdən biri tərəfindən hazırlanmış şirniyyat kəsilərək sakinlərə paylanılıb.