Yeni fəaliyyətə başlayan bu bank krediti yalnız dollarla verəcək

Yeni fəaliyyətə başlayan bu bank krediti yalnız dollarla verəcək Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) kredit verəcəyi valyuta açıqlanıb

ANS PRESS-in məlumatına görə, investisiya bankı yalnız ABŞ dollarları ilə kredit verəcək. Bu barədə bank prezidenti Tszin Litsyun mətbuat konfransında deyib. "Biz işgüzar dil kimi ingilis dili və valyuta kimi ABŞ dollarından istifadə edirik. Biz kreditləşməni yalnız dollarla həyata keçirəcəyik. Beynəlxalq bazardan kapitalın cəlb ediməsi məqsədilə isə biz ABŞ dolları ilə yanaşı avro, yuan və başqa valyutalara icəzə veririk.”- deyə o, bildirib.

Oxşar xəbərlər