ABŞ Türkiyənin icazəsi olmadan bunu edə bilməz

ABŞ Türkiyənin icazəsi olmadan bunu edə bilməz ABŞ Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək üçün Montrö Konvensiyasına uyğun olaraq, Türkiyədən icazə almalıdır.

Bunu Türkiyənin hökumətyönlü “Türkiye” qəzeti yazıb.

Beynəlxalq hüquq eksperti Hakkı Hakan Erkiner bildirib ki, konvensiya hərbi gəmilərin Qara dənizə daxil olmasını və onların bölgədə qalma müddətini məhdudlaşdıran təhlükəsizlik rejimini nəzərdə tutur.

"Türkiyənin belə bir icazə verəcəyini qətiyyən düşünmürəm", - deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 1-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin aqressiv bəyanatlarından sonra iki nüvə sualtı qayığının Rusiya sərhədlərinə göndərilməsi barədə göstəriş verib.

Oxşar xəbərlər