Son zamanlar kəskin artan xəstəlikdən necə qorunmalıyıq?

Son zamanlar kəskin artan xəstəlikdən necə qorunmalıyıq? Son zamanlar ölkədə qrip və soyuqdəymə halları artıb.

Xəstəlik özünü yüksək hərarət, titrətmə, boğaz ağrıları, zəiflik, öskürək, başağrısı ilə göstərir.

Bəs görəsən buna səbəb nədir? Qriplə effektiv mübarizə üsulları necə aparılmalıdır?

Həkim Şəlalə Nuriyevanın sözlərinə görə, qrip infeksiyasından əsasən vaksin vasitəsilə özümüzü qoruya bilərik:

"Tez-tez xəstələnən uşaqlara, böyrək çatışmazlığı, şəkər, astma, ürək, ağciyər xəstələrinə, 65 yaşından böyük şəxslərə də vaksin olunmaq tövsiyə edilir. Qrip vaksini bizi xəstəliyin ağırlaşmasından qoruyur, yoluxma riskini azaldır və xəstəliyin daha yüngül əlamətlərlə müşahidə edilməsinə şərait yaradır. Eyni zamanda xəstələrə xüsusi qoruyucu maska taxmağı, insanların sıx olduğu yerdən uzaq durmağı məsləhət görürük".

Ətraflı Baku TV-nin süjetində:


Oxşar xəbərlər