“İctimai nəqliyyatda da maskalardan, müəyyən qoruyucu vasitələrdən və ən əsas nəqliyyat növündən asılı olmayaraq tibbi spirtdən istifadə etmək lazımdır”.
Fəsildən asılı olmayaraq, qrip geniş yayılmış viruslardan biri hesab olunur. Son zamanlar bu virusa yoluxan xəstələrin sayı getdikcə artır və artmaqdadır. Eyni zamanda, bu xəstəliyin qarşısını almaq da çətinləşib. Ya müəyyən profilaktika tədbirlər görülmür, ya da ciddi xəstəlik hesab edilmir. Əgər ailədə 1 nəfər bu virusun daşıyıcısıdırsa, bütün ailə üzvlərinin buna yoluxma riski yaranır.
Sözügedən xəstəliyin qarşısının alınması və vətəndaşların daha sağlam yaşamasının yolları ilə bağlı həkim Adil Qeybulla minval.info-nun suallarını cavablandırıb.
Adil Qeybulla
Həkim Adil Qeybulla
Onun sözlərinə görə, xəstəlikdən tam qorunma mümkün deyil və hazırki dövrdə bu daha da çətinləşib: “Lakin insanlar mütləq müəyyən profilaktik tədbirlər görməlidirlər. Bu qayda sadəcə qrip vurusu ilə bağlı deyil, eyni zamanda, digər xəstəliklər üçün də keçərlidir. Bu xəstəliyə tutulan şəxslərin yataq rejiminə keçmələri tövsiyə olunur. Gün ərzində 2 litrə yaxın maye qəbul etmələri, C vitamini almaları mütləqdir. Tez-tez otağın havasının dəyişməsi, həkim çağırılması və onun nəzarəti altında olması, bu virusun yayılma riskini tədricən azaltmış olur. İmmunitet sisteminin möhkəmləndirilməsi ən başlıca şərtdir. Göyərti məhsulları, meyvələr vitaminlə zəngin qidaların qəbul edilməsi çox vacibdir”.
A.Qeybulla vurğulayıb ki, ictimai nəqliyyatda da maskalardan, müəyyən qoruyucu vasitələrdən və ən əsas nəqliyyat növündən asılı olmayaraq tibbi spirtdən istifadə etmək lazımdır.
İdmanla məşğul olmağın zəruriliyini qeyd edən həkim mütəxəssis əlavə edib ki, bu, insan sağlamlığına olduqca xeyirlidir, eyni zamanda viruslardan qorunmanın ən yaxşı yollarından biridir : “Fiziki fəallığın artırılması müəyyən xəstəliklərin qarşısını alır və həyat keyfiyyətini yaxşılaşdırır. Bütün bu şərtlər virusun orqanizmə daxil olması imkanını azaldır.”