Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları reallıqdan uzaqdır. Bu, Azərbaycanın haqlı olaraq Ermənistan Konstitusiyasında yer almış əsassız ərazi iddialarına qarşı erməni tərəfinin növbəti oyunudur. Görünən odur ki, növbəti siyasi oyun gedir. Ermənistan üçün bu ilin payızı o qədər də asan olmayacq. Paşinyan da özünü mümkün qədər bu təhlükələrdən sığortalamağa can atır.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, Ermənistan müxalifəti Rusiyanın təzyiqi ilə Paşinyanı devirmək istəyir:
“Bunun üçün Ermənistanda yeni nümayiş dalğasını başlatmaq niyyətləri var. İşi elə qurmaq istəyirlər ki, mütləq bu aksiyalar nəticəsində ölənlər olsun, qan tökülsün. Daha sonra “cəllad erməni xalqının qanını tökdü” bağırtısı ilə hansısa silahlı qiyam təşkil edə bilsinlər. Bu həmin qüvvələrin son ümididir. Paşinyan bütün bunları bildiyi halda dövlət aparatını buna qarşı hazırlayır. Eyni zamanda xalqın diqqətini yayındırmaq üçün cürbəcür mənasız sözlər işlədir”.
Politoloq hesab edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların yer alıb-almamasının prosesə təsiri yoxdur və olmayacaq:
“Azərbaycanla Ermənistan arasında qüvvələr nisbəti göz qabağındadır. 10 milyondan artıq əhalisi olan Azərbaycana qarşı 2 milyonluq Ermənistan heç nə edə bilməz. Pulu, müttəfiqi, ordusu olan Azərbaycan qarşısında darmadağın olmuş Ermənistanın duruş gətirməsi mümkün deyil”.
Zərdüşt Əlizadəyə görə, indiki halda Paşinyanın bu cür açıqlamalar verməsi siyasi oyunun tərkib hissəsidir: “Bu siyasi oyunda regional və qlobal qüvvələr də iştirak edir. Ortaya atılan yeni kartlar isə mənasızdır. Azərbaycan isə real amillərə baxır. Bu güc, iqtisadi amillərlə bağlıdır. Kimin nə deməsindən, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycana təsir imkanları yoxdur”.