Azərbaycan cari ilin sonunadək Ermənistanla sülh anlaşması imzalayacağına ümidini itirməyib. Bunu Prezident İlham Əliyevin iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumunda etdiyi çıxışdan da görmək olardı.
“Sülh sazişinə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı - red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir”, - dövlət başçısı bildirib.
Prezident eyni zamanda hələlik iki məsələnin açıq qaldığını bildirib: “Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.
Prezidentinin köməkçisi Hikmət Hacıyev isə jurnalistlərə açıqlamasında deyib: “Sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, ərazi iddiasına son qoyulsun. Anlayırıq ki, konstitusiya hər ölkənin daxili işidir, amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Hüquqi çərçivə ərazi iddialarına son qoyacaq formada olmalıdır”.
Təəssüf ki, Paşinyan hökuməti zaman amilindən sui-istifadə edir, Bakının daimi sülhü daha etibarlı edəcək təkliflərini qəbul etməyə tələsmir, söz oyunbazlığı ilə məşğul olur. Bunu erməni tərəfinin hələ də Minsk Qrupuna bəslədiyi ümid və Paşinyanın Londonda İlham Əliyevlə görüşdən yayınması bir daha təsdiqlədi. Üstəgəl, sanki hansısa xarici qüvvə, əl vaxtaşırı İrəvanı yekun sülh sənəd imzalamağa qoymur. Hansı qüvvə?
Tanınmış rusiyalı analitik İqor Korotçenko Azərbaycana qarşı gizli oyunun getdiyini istisna etmir. Onun sözlərinə görə, mümkündür ki, Fransa, ABŞ və Ermənistanın Azərbaycana təzyiq göstərmək üçün böyük oyunu gedir.
“Lakin Paşinyan bu il ərzində sülh imzalamasa, Ermənistan üçün nəticələri ağır ola bilər. O, özü üçün ən pis variantın ardınca gedir. Ermənistan bölgədə hər hansı kombinasiyalar oynamağa çalışacaq durumda deyil. Onun sülhə və sakit inkişafa ehtiyacı var. Paşinyan öz siyasətini Qərbin istəkləri ilə koordinasiya etməkdə davam edərsə, bu, ciddi fəsadlara gətirə bilər. Ermənistan bu il Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini pozmaq üçün hər şeyi etsə, çox pis olar”.
Öz növbəsində digər rusiyalı tanınmış analitik Maksim Şevçenko hesab edir ki, nə qədər ki, erməni xalqı xarici qüvvələrin əlində alət kimi qalacaq, bu xalqı daim yeni müharibələrin ortasına atmaq mümkün olacaq. “Ermənistan başqalarının oyununda piyada rolundadır”, - politoloq vurğulayıb.
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə və qətiyyətlə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün bir sıra zəruri şərtlərin yerinə yetirilməli olduğunu bəyan edib: “Başlıca olaraq Ermənistanın qanunvericilik aktlarında və konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks elətdirən beynəlxalq hüququn prinsiplərinə zidd, müstəqil dövlətin daxili işlərinə qarışma kimi qiymətləndirilən və reallıqlara əks olan bir sıra absurd müddəalar hələ də mövcuddur. Bizim şərtimiz həmin əsassız müddəalardan imtina olunması və bundan sonra sülh müqaviləsinin bağlanmasıdır. Amma son dövrlər Ermənistan tərəfinin ritorikası, eyni zamanda Ermənistan baş nazirinin Azərbaycan Prezidenti ilə görüşdən yayınması, Fransa, Yunanıstan, Hindistan vasitəsilə silahlanmaya davam olunması, ABŞ hərbçiləri ilə Ermənistan hərbçilərinin birgə təlimlərinin keçirilməsi, ABŞ-ın Ermənistan Müdafiə Nazirliyində xüsusi müşavirliyinin təyin olunması onu göstərir ki, Ermənistan ritorikada sülhdən, sülh müqaviləsinin imzalanmasından danışsa da əslində praktiki istiqamətdə heç bir addım atmır. Əksinə, sülh prosesinə ciddi zərbə vura biləcək gedişlər etməkdədir.
Burada təbii ki, Ermənistanın mahiyyəti, Ermənistan hakimiyyətinin, həm də Ermənistanın havadarlarının davranışları mühüm rol oynayır. Çünki onun Qərb havadarları, xüsusilə də Fransa, ABŞ indiki şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını özlərinin Cənubi Qafqaz maraqlarına, Orta Şərq maraqlarına ölümcül zərbə kimi qiymətləndirirlər. Fransa və ABŞ “beyin mərkəzləri”nin təhlillərinə əsasən Ermənistanla Azərbaycan arasında indiki şərtlər daxilində sülh sazişinin imzalanması Cənubi Qafqazın Qərb prizmasından birdəfəlik itirilməsinə gətirib çıxaracaq. Çünki ondan sonra Rusiya ilə yanaşı, Çinin də bölgədəki imkanlarını, nəzarət mexanizmlərini genişləndirmiş olacaq. Nəticə etibarilə Çin məhsullarının dünya bazarına axınını təşkil eləyəcək ən mühüm damarlardan biri olan Orta dəhlizin Zəngəzur xətti daha çox Rusiya və Çinin, eləcə də Türkiyə və Azərbaycanın nəzarəti altında reallaşmış olacaq ki, bu, indiki halda Qərb texnoloqları tərəfindən çox ciddi risklər kimi qiymətləndirilir. Ona görə də həmin projelərin reallaşmasına əsas maneə kimi məhz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmamasını görürlər və bütün vasitələrdən istifadə etməklə Ermənistana təsir göstərməklə sülh müqaviləsinin imzalanmasının qarşısını almağa çalışırlar".
Politoloqa görə, Fransa başda olmaqla, Qərbin Ermənistanı silahlandırması da erməniləri sülh müqaviləsi imzalamaqdan çəkindirməyə yönəlib: “Qərb yaxşı bilir ki, Ermənistan ona verilən silahlardan revanşist planları üçün istifadə etməyə çalışacaq, sülhdən uzaqlaşacaq. Hesab edirlər ki, Ermənistanda revanşist əhval-ruhiyyə daha da artacaqsa, Azərbaycanla sülh müqaviləsinin imzalanması sual altına düşəcək, bu da Qərbin planlarının reallaşması üçün zaman qazanmasına gətirmiş olacaq”.
Siyasi şərhçi Aydın Quliyev də hesab edir ki, Ermənistanı sülh sazişi imzalamağa qoymayan Qərbdir: “Ermənistan Qərb ölkələrindən yeni dəstəklər alır, ABŞ, Avropa Birliyi Azərbaycana təzyiqi artırır. Cəmi bir-iki günün içində Ermənistana beynəlxalq aləmdə verilən 3 böyük dəstək addımını birlikdə qısaca təhlil edək. Avropa İttifaqının Sülh Fondu Ermənistanın hərbi dayanıqlığının artırılması üçün ona 10 milyon avro yardım ayırdı. May ayında Macarıstanın baş naziri Orban bu qərarı ilk müzakirədə bloklamışdı və eyni yardımın Azərbaycana da ayrılmasını tələb etmişdi. Təəssüf, erməni lobbisi yenə üstələdi. Fransa hərbi texnika ilə təchiz edir, Avropa Birliyi hərbi təyinatlı maliyyə yardımı ayırır. .Özü də qisas niyyəti ilə yaşayan və sülh sazişini imzalamaqdan açıq şəkildə yayınan Ermənistana.
ABŞ Dövlət Departamentinin məsul əməkdaşı Ermənistanın Müdafiə Nazirliyində müşavir kimi fəaliyyətə başlayacaq. Olsun, formalda hər ikisi suveren dövlətlərdir və hər istiqamətdə əməkdaşlıq qura bilərlər. Bəs Ermənistanın sülh sazişi üçün çox vacib olan şərtləri icra etmədiyi bir vaxtda belə əməkdaşlıq nə qədər doğrudur? İndi ABŞ-ın dövlət katibi Blinkenin sözlərinə necə inanaq ki, “Azərbaycanla Ermənistan saziş imzalamağa bu il daha da yaxınlaşıblar”? Avropa Birliyi Ermənistanla viza rejimini sadələşdirmək üzərində işə başlayıb. Yenə də öz suveren siyasətləridir, özləri bilər. Ancaq bu kimi addımlarla Ermənistanın sülhdən yayınma siyasətini bir az da ruhlandıra biləcəklərini avropalılar doğrudanmı dərk etmirlır? Ola bilməz..."