Laçın Hava Limanından yeni GÖRÜNTÜ

Laçın Hava Limanından yeni GÖRÜNTÜ Laçın rayonunda ilk aeroportun tikintisini əks etdirən yeni videogörüntülər yayılıb.

Laçın Beynəlxalq Hava Limanı Qarabağda tikilən üçüncü beynəlxalq aeroport olacaq. Onun təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.

Tikinti işlərinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Hava limanı saatda 200-ə qədər sərnişinə xidmət göstərə biləcək.


Oxşar xəbərlər